Türk generaldan ABŞ-ın təhdidinə cavab: “B planımız hazırdır”

Baxış sayı:
10321

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ABŞ ilə Türkiyə arasındakı F-35 problemi haqqında açıqlama verib. Akar ABŞ-ın bu davranışına görə, “B” planlarının hazır olduğunu deyib.
 
Milli Müdafiə naziri Hulusi Akar bu sözləri Məclisdə keçirilən qəbulda bəyan edib.
Nazir Akar, "F-35 məsələsində təbii ki, “B” planı var. Qısa, orta, uzun müddətli planlarımız var. Prosesdə hələ dirənmə yoxdur. 4 pilotumuz hələ də uçur. 2 pilotumuz da təhsilə hazırlanır. 35-40 personalımızın təhsili də davam edir. Suriya məsələsində ABŞ-ın bizim fikirlərimizə yaxınlaşdığını görürük, çünki bizim fikirlərimiz məqbuldur" deyib.
Müxalifət.az