Türk general ABŞ-ın Suriya təmsilçisinə nələri deyib?

Baxış sayı:
25687

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Jeffreyi qəbul edib.
 
Akar-Jeffrey görüşündə, Münbiç və Fəratın şərqi başda olmaqla, Suriyada son dövrdə baş verən proseslər müzakirə olunub.
Məsələ ilə bağlı Milli Müdafiə Nazirliyindən açıqlama verilib. Açıqlamada, görüşün gündəliyinə dair detallar paylaşılıb. Nazirlikdən edilən açıqlamada bu sözlər yer alıb:
 
NAZİRLİK AÇIQLAMASI
 
“Milli müdafiə naziri Hulusi Akar ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Jeffreyi qəbul edib. Görüşdə, Münbiç və Fəratın şərqi başda olmaqla, Suriyada son dövrdə baş verən proseslər müzakirə olunub.
 Bu çərçivədə, Nazir Akar tərəfindən;
-Beynəlxalq hüquq və müqavilələrdən irəli gələn hüquq və mənafelərimizin qorunması məsələsində qərarlılığımız,
-Münbiç yol xəritəsinin sürətlə başa çatdırılması istiqamətindəki haqlı gözləntimiz,
-Suriyanın ərazi bütövlüyünə olan həssaslığımız,
-Fəratın şərqində təsis ediləcək təhlükəsiz bölgədə, PKK/YPG terror təşkilatı ünsürlərinin olmaması və asayişin Türkiyə tərəfindən təmin edilməsinin lazım olduğu, Türkiyənin sərhədlərinin və insanlarımızın təhlükəsizliyinin bizim üçün əsas olduğu,
-Türkiyənin mübarizəsinin İŞİD-lı və PKK/YPG-li terrorçularla olduğu, kürd və ərəb qardaşlarımız və digər etnik/dini qruplarla heç bir problemimizin olmaması,
-İki ölkənin birlikdə işləyərək problemləri həll edəcəyi istiqamətindəki fikirlərimiz ifadə edilib".
Müxalifət.az