““Türk Axını”na qarşı mübarizəmiz davam edir” – AMERİKALI NAZİR

Baxış sayı:
154

ABŞ-ın enerji naziri Rick Perri, “Türk Axını” ilə “Şimal Axını-2” boru kəmərlərinə qarşı mübarizə apardıqlarını söyləyərək, "Ukrayna və Avropa vətəndaşları, tək mənbədən enerji tədarükünün əsiri halına gəlməməlidir" - deyib.
 
TÜRK AXININA QARŞI MÜBARİZƏMİZİ DAVAM ETDİRİRİK
 
Ukraynanın paytaxtı Kiyevdə baş nazir Vladimir Groysman ilə görüşən Perri, “ABŞ, Türk Axını və Şimal Axını-2-yə qarşı mübarizəsini davam etdirir. Bunun səbəbləri də ortadadır. Ukrayna və Avropa vətəndaşları, tək mənbədən enerji tədarükünün əsiri halına gəlməməlidir" deyib.
Perri ABŞ-ın enerji sahəsində Ukraynayla tərəfdaş kimi çalışmağa hazır olduğunu da sözlərinə əlavə edib.
 
ABŞ-dan UKRAYNAYA ƏMƏKDAŞLIQ TƏKLİFİ
 
Belə bir ortaqlığa maraq göstərdiklərini dilə gətirən Ukraynanın baş naziri Groysman, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq üçün saysız-hesabsız fürsətin olduğunu bildirib: "Ukrayna qazının hasilatı, qaz tranzit sisteminin idarəsi, nüvə sahəsindəki əməkdaşlığın dərinləşdirilməsi və birlikdə daha güclü olmağımız üçün yaxşı imkanlara sahib olduğumuz hər sahədə tərəfdaşlığa hazırıq".
Müxalifət.az