“Türk Axını” ilə bağlı çox KRİTİK DƏYİŞİKLİK

Baxış sayı:
4114

Son illərin əhəmiyyətli enerji layihələrindən olan “Türk Axını”nda, daha əvvəl təyin olunan marşrut dəyişib.
 
Türkiyə ilə Rusiya arasında son dövrdə aparılan ən mühüm enerji layihəsi olaraq qarşıya çıxan “Türk Axını”nda, boru kəmərinin Avropa marşrutu məsələsində sürpriz bir dəyişiklik baş verib. Kəmərin, Trakiyadan Yunanıstana və Avropaya uzanması nəzərdə tutulurdu, lakin marşrut məsələsində əhəmiyyətli bir dəyişikliyi gündəmə gəlib. Buna görə kəmər, Türkiyədən çıxandan sonra Yunanıstan yerinə Bolqarıstana daxil olacaq. Sonra da Bolqarıstan, Rumıniya, Macarıstan ərazisindən Avropanın qəlbi Avstriyaya çatacaq.
 
BOLQARISTANLA TƏMAS
 
Ankarada enerji dəhlizlərində da danışılan bu məsələnin, ən yüksək səviyyədə Bolqarıstan rəhbərliyi ilə də razılaşdırıldığı və Bolqarıstanın da bu yöndə hazırlıqlara başladığı qeyd olunub. Mənbələr, Rusiyanın hər il, xüsusilə də qış mövsümlərində beynəlxalq boru xəttinə müdaxilə edərək "qaz aşırması"na Ukraynanı by-pass etmək üçün Türk Axınının inşa edildiyini və hazırda Türkiyənin Rusiyadan Qərb Kəməri adlandırılan Ukrayna-Rumıniya- Bolqarıstan marşrutundan qaz aldığını bildirib. Türk Axını ilə Ukrayna by-pass ediləcək. Türk Axınında Bolqarıstan kəmərinə üstünlük verilməsi mövcud boru kəmərini əksinə edəcəkdir. Mövcud Bolqarıstan-Rumıniya xəttinə Macarıstan və sonra Avstriya əlavə olunacaqdır. Mənbələr, bu istiqamətdə atılacaq addımın, quruya ediləcək boru kəmərinin milyonlarla dollarlıq investisiya xərcini də ortadan qaldıracağına işarə edib. Kəmərin dəyəri 6 milyard dollar, qaz tutumu isə 31.5 milyard kubmetrdir.
Müxalifət.az