“Turan”ın hesablarına yenidən həbs qoyula bilər

Vergilər Nazriliyinin Bakı Lokal Gəlirlər Departamenti "Turan" İnformasiya Agentliyinə 2014-17-ci illərə aid vergi sanksiyasını yenidən bərpa edib. Bu barədə Turan agentliyi məlumat yayıb.
 
Məlumatda deyilir ki, sentybarın 18-də agentliyin elektron poçtuna Vergilər Nazirliyindən sentybarın 15-i tarixilə məktub daxil olub. Məktubda deyilir ki, agentlik 27 min 253 manat borca və daha 9.294 manat faizə malikdir.
Qeyd edək ki, sentybarın 12-də nazirliyin həmin departamentindən 11 sentyabr tarixilə agentliyə məktub daxil olub ki, "Turan"ın hər hansı vergi borcu və ya cərimə sanksiyası yoxdur.
“Göstərilən günlərdə bu nazirlikdə nə baş verdiyini və eyni idarənin öz mövqeyini 180 dərəcə dəyişməsinin səbəblərini biz bilmirik., Vergi sanksiyası ləğv edildikdən sonra agentliyin hesablarına qoyulan həbs də götürülmüşdü, indi isə sanksiyanın bərpasından sonra "Turan"ın hesablarına yenidən həbs qoyulması da bərpa edilə bilər”, agentlik bildirir.
Lokal Gəlirlər Departamenti hələ 2016-cı ilin mayında Turana 4 min manat sanksiya qoymuşdu. "Turan"ın inzibati şikayətindən sonra Vergilər Nazirliyi bu qərarı ləğv etmişdi.
Daha sonra elə həmin departament avqustun 7-də 2016-cı il üçün 9 min manat, 2014-2016-cı illər üçün 37 min manat vergi hesablayaraq cinayət işi qaldırıb.
Xatırladaq ki, avqustun 24-də agentliyin direktoru Mehman Əliyev həbs edilib, amma sentyabrın 11-də həbs qətimkan tədbiri dəyişdirilərək sərbəst buraxılıb. M.Əliyevə qarşı Cinayət Məcəlləsinin 213-1-ci (vergidən yayınma), 308-1-ci (səlahiyytədən sui-istifadə), 192.1-ci (qanunsuz sahibkarlıq) maddərlərilə cinayət işi başlanıb.
M.Əliyev bütün itithamları rədd edir.