Təslim olan YPG terrorçusundan ŞOK ETİRAF

Baxış sayı:
6247

Şanlıurfanın Suruç rayonunda təslim olub məhkəmə önünə çıxarılan YPG-li terrorçu şok etiraflar edib. YPG-linin etirafına görə, PYD, YPG və YPJ, ABŞ başda olmaqla, Qərb ölkələri tərəfindən həyata keçirilən bir layihədir.
 
Şanlıurfanın Suruç rayonundakı Mürşitpınar Sərhəd Məntəqəsində təhlükəsizlik qüvvələrinə təslim olan terrorçu Rafiq İ, 15 il həbs tələbi ilə mühakimə olunduğu Diyarbəkir Ağır Cəza Məhkəməsində hakim qarşısına çıxarılıb.
Rafiq İ. bəzi şok etiraflar edib: “PYD, YPG və YPJ, ABŞ başda olmaqla, Qərb ölkələri tərəfindən həyata keçirilən bir layihədir. Bizlər də onların kuklası kimi hər gün ölür, ya da öldürürdük.
Məhkəmə, terrorçu Türkiyə torpaqları daxilində təhlükəsizlik güclərinə qarşı hər hansı bir hərbi təcavüz etmədən özü-özünə təslim olub, etiraf etməsi səbəbindən fəal peşmançılıq qanunundan yararlanaraq sərbəst buraxılıb.
Müxalifət.az