"Təsdiq edilsəm Türkiyəyə təzyiq edəcəyəm” – ABŞ səfiri

Baxış sayı:
7174

ABŞ prezidenti Donald Trampın Türkiyə səfirliyinə namizəd göstərdiyi David Michael Satterfield, Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemi almaq məsələsində seçim etməsi lazım olduğunu bildirərək “Türkiyə F-35 proqramında iştirakını böyük riskə atır və sanksiyalarla üzləşə bilər” - deyib.
 
Satterfield ABŞ Senatı Xarici Əlaqələr Komitəsinin namizədlik iclasında suallara cavab verib.
 
TƏSDİQ OLUNSAM TÜRKİYƏYƏ TƏZYİQ EDƏCƏYƏM
 
Türkiyənin kritik bir NATO üzvü olaraq seçim etməsi lazım olduğunu bildirən Satterfield, “Təsdiq olunsam Türkiyəyə doğru strateji qərar verməsi üçün təzyiq edəcəyəm” deyib.
Satterfield Rusiyadan S-400 hava müdafiə sistemi alındığı təqdirdə ABŞ-ın Türkiyəyə “Patriot” raket müdafiə sistemi satmayacağını qeyd edib.
 
SATTERFIELDDƏN YERLİ SEÇKİ AÇIQLAMASI: PROSESİ İZLƏYİRİK
 
Türkiyədəki yerli seçkilərə dair də açıqlama verən Satterfield, “Türkiyə demokratik bir ölkədir və biz bu şəffaf prosesə hamı tərəfindən tam hörmət edilməsini istəyirik və bu şəkildə seçkiyə gedənlərin iradəsi də tanınmalıdır. Prosesi yaxından izləyəcəyik” deyib.
 
TÜRKİYƏ SƏFİRİ OLMAQ ÜÇÜN SENATDAN RAZILIQ GÖZLƏYİR
 
 Hazırda ABŞ Xarici İşlər Nazirliyində Yaxın Şərq Əlaqələri üzrə müşavir vəzifəsində edən işləyən Satterfield, Türkiyə səfiri olması üçün Senatda keçiriləcək səsverməni gözləyir.

 Müxalifət.az