​TRT-nin müxbiri saxlanıldı

Baxış sayı:
2575

Türkiyənin TRT televiziyasının müxbiri İbrahim Rantisi İsrail əsgərləri tərəfindən saxlanılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, səhər saatlarında milliyyətcə fələstinli İbrahim Rantisinin evinə basqın edilib.
İsrail əsgərləri TRT-nin ərəb xidmətində çalışan müxbirin evində axtarış aparıblar.
Xatırladaq ki, İbrahim Rantisi son bir həftədə İsrail hərbçiləri tərəfindən saxlanılan altıncı fələsinli jurnalistdir.