“Trident Juncture 18"-lə meydan oxudular: Hazırıq!

Baxış sayı:
7972

“Trident Juncture 18" hərbi təlimini həyata keçirən NATO-nun Neapoldakı Müştərək Qüvvə Komandanlığının Komandanı general Ceyms G. Foggo, təlimin NATO-nun gücünü və bütün müttəfiqlərini qorumağa hazır olduğunu açıq şəkildə göstərdiyini söyləyib.
 
Foggo, telekonfrans yolu ilə 25 oktyabrda Norveçdə başlayan və 7 noyabra qədər davam edəcək "Trident Juncture 18" hərbi təlimi haqqında mətbuata açıqlama verib.
“Trident Juncture 18”-in ittifaqın qabiliyyətini və tutumunu test etmə imkanı verdiyini bildirən Foggo, təlim ssenarisində Norveçin suverenliyinin pozulması və NATO-nun bütün müttəfiqlərə kollektiv müdafiə öhdəliyi verən 5-ci maddəsinin işlədiyini xatırladıb.
Təlimin hava şəraitinin olduqca sərt olduğu Norveçdə aparıldığını qeyd edən Foggo, bu vəziyyətin müttəfiq qüvvələrinin ağır şərtlərdə fəaliyyət göstərə bilmə qabiliyyətlərini inkişaf etdirmələrinə imkan verdiyini ifadə edib.
 
HƏRBİ HƏRƏKƏTLİLİK BAXIMINDAN BÖYÜK UĞURDUR
 
NATO-nun “Trident Juncture 18" üçün 50 min əsgər, 250 təyyarə, 65 gəmi və 10 min maşını qısa müddətdə Norveçə çatdırdığını deyən Foggo, təlimin xüsusilə hərbi hərəkətlilik baxımından böyük bir uğur olduğunu bildirib.
Foggo, "Trident Juncture 18”, NATO-nun hələ də çox etibarlı, güclü, çevik, cavab verən və həmrəylik içində hərəkət edə bilən bir qurum olduğunu və bütün müttəfiqlərini qorumağa hazır olduğunu açıq şəkildə göstərmişdir". Deyə söyləyib.
Rusiyanın Norveç yaxınlığında beynəlxalq sularda 1-3 noyabr arasında raket sınağı edəcəyinə yönəlik informasiyalara dair isə Foggo, bunun təlimə təsirinin olmayacağını söyləyib.
Foggo, "Rusiyanın məsuliyyətli və peşəkar davranması əsas gözləntimizdir" deyib.
Müxalifət.az