Tramptan Suriya açıqlaması: EVƏ DÖNMƏK VAXTI GƏLDİ

Baxış sayı:
4354

ABŞ prezidenti Tramp, “Suriyadan çəkilmək istəyirəm, əsgərlərimizin evə qayıtmasını istəyirəm. Müdafiə Naziri ilə danışacağam. Suriyada olmağımız böyük narahatlıqdır “- deyib.
 
Estoniya, Litva və Latviyadan olan Baltik ölkələri liderləri ilə birgə mətbuat konfransında danışan Tramp, "Suriyadan yaxın zamanda çıxacağıq" açıqlamasından sonra daha bir bəyanat verib.
 
ZAMANI GƏLDİ, CİDDİ CİDDİ DÜŞÜNÜRƏM
 
Pentagon və Xarici İşlər Nazirliyinin açıqlamalarının əksinə, yenə də Suriyadan çıxmaq istədiyini bildirən Tramp, “Suriyadan ayrılmaq vaxtı gəldi. Bunu ciddi ciddi düşünürəm" deyə, bildirib.
 
7 TRİLYON PUL XƏRCLƏDİK, ƏVƏZİNDƏ HEÇ BİR ŞEY ALMADIQ
 
Tramp, “Suriyada olmağımızın əsas səbəbi İŞİD-dən xilas olmaq idi və bu vəzifəni demək olar ki, başa çatdırdıq. İndi çox qısa müddət ərzində region ölkələri ilə koordinasiya içində qərarımızı verəcəyik. Suriyadan çıxmaq istəyirəm. Əsgərlərimizi yurdlarına geri gətirmək istəyirəm. Millətimizi yenidən formalaşdırmaq istəyirəm. Yaxın Şərqdə son 7 il ərzində 7 trilyon pul xərclədik, əvəzində heç bir şey almadıq" deyə, söyləyib.
 
MÜDAFİƏ NAZİRİ İLƏ DANIŞACAĞAM
 
Tramp, Suriyadan çəkilmə məsələsini müdafiə naziri ilə danışacağını da sözlərinə əlavə edib.
 
SƏUDİYYƏ ƏRƏBİSTAN SURİYADA OLMAĞIMIZI İSTƏYİRSƏ, PULUNU ÖDƏSİN
 
Tramp, sonra “Səudiyyə Ərəbistanı bizim Suriyada olmağımızı istəyirsə, pulunu ödəməlidir”, deyə, bildirib.
 
VƏLİƏHD ŞAHZADƏ, "ABŞ SURİYADA BİR AZ DA QALMALIDIR" DEMİŞDİ
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman, Trampın ilk "çəkilmə" açıqlamasından sonra “ABŞ-ın Suriyada bir müddət daha qalması daha yaxşı olar" demişdi.
Müxalifət.az