Trampın yəhudi kürəkəni “gizli təhlükəsizlik” TOPLANTILARINA BURAXILMAYACAQ

Baxış sayı:
4933

ABŞ mediası, prezident Donald Trampın kürəkəni və məsləhətçisi olan Jared Kuşnerin haqqındakı təhlükəsizliklə bağlı mühakimə prosesi yekunlaşana qədər çox gizli təhlükəsizlik toplantılara qatılmasına icazə verilməyəcəyini xəbər verib.
 
Əsas olaraq təhlükəsizlik orqanları Kuşnerin mühakiməsinin hələ tamamlanmamış olmasını göstərib.
Kuşnerə Ağ Evdəki gizli təhlükəsizlik məlumatlarını əldə etməsinə və çox gizli sənədlərə çatması üçün təxminən bir illik müvəqqəti icazə verilmişdi.
Bu icazəyə son verilərək, Kuşner və təhlükəsizlik mühakiməsi hələ tamamlanmamış olan digər müşavirlər, yüksək səviyyəli toplantılara qatılmayacaq.
Prezident Tramp, qızı Ivanka Tramp ilə evli olan Kuşneri xüsusi ticarət siyasəti və Orta Şərq üzrə müşaviri təyin etmişdi. Kuşner vəzifəyə gəlməsindən bu yana, xüsusi xidmət orqanlarından Trampa verilən gündəlik brifinqlərdə də iştirak edirdi.
Xəbər Kuşnerin vəkilləri tərəfindən də təsdiqlənib.
“Politico” jurnalı 37 yaşlı Kuşnerin cümə günü qərar haqqında məlumatlandırıldığını yazıb.
Kuşnerin vəkili Abbat jurnala verdiyi açıqlamada, "Bu vəziyyət Kuşnerin prezident tərəfindən verilmiş çox mühüm vəzifələrini yerinə yetirməsinə əngəl yaratmır" - deyib.
Qeyd edək ki, Kuşnerə ötən İlin sentyabr ayında ölkə rəhbərliyi ilə bağlı yazışmalarını şəxsi e-poçt ünvanından etməsi səbəbiylə də istintaq açılmışdı.
Müxalifət.az