Trampın Türkiyə səfiri bəlli oldu

Baxış sayı:
6301

ABŞ prezidenti Donald Trampın Xarici İşlər Nazirliyinin müşavirlərindən Devid Satterfieldi Türkiyə səfiri kimi namizəd göstərdiyi bildirilib. Ağ Evdən edilən yazılı açıqlamada, Trampın David Michael Satterfieldi Türkiyə səfiri kimi göndərmək istədiyi bildirildi. Hazırda ABŞ Xarici İşlər Nazirliyində Yaxın Şərq Əlaqələri üzrə müşavir vəzifəsində çalışan Sattefieldin Türkiyə səfiri olması üçün Senatda keçiriləcək səsverməni gözləməsi lazımdır. Qeyd edək ki, Tramp rəhbərliyi ABŞ-ın keçmiş Türkiyə səfiri Con Bassın yerinə bir təyinat etməmişdi. Müxalifət.az