Trampın qərarına Türkiyədən ilk təpki

Baxış sayı:
6664

ABŞ prezidenti Donald Tramp Türkiyənin inkişaf etmiş iqtisadiyyatını səbəb göstərərək bəzi məhsulların ABŞ-a gömrük rüsumu ödəmədən girişinə imkan saxlayan GTS Proqramından çıxarmaq istədiyi ilə bağlı açıqlamasına Türkiyənin ticarət naziri Ruhsar Pekcan cavab verib.
 
Nazirin sözlərinə görə, qərar orta ölçülü istehsalçılara və firmalara mənfi təsir göstərəcəkdir.
Nazir Pekcanın bildirdiyinə görə, ötən avqust ayından etibarən davam edən gözdən keçirmə müddətindən sonra ABŞ Türkiyənin GTS proqramından çıxarılmasına qərar verdiyini açıqlayıb: “2018-ci ilin 11 ayı ərzində ABŞ etdiyi 20,9 milyar dollar idxalat içində Türkiyə 1,7 milyard dollarlıq 8.2 faizlə payı olan beşinci təhcizatçı ölkədir.
Bu qərar iki ölkə hökumətlərinin elan etdiyi 75 milyard dollarlıq ticarət həcminə ziddir. Bu qərar ABŞ-dakı kiçik və orta şirkət və istehsalçılara da mənfi təsir edəcək.
Bizə və strateji tərəfdaşımız ABŞ-a ticarət həcmini artırmaq üçün səylərimizi davam etdirəcəyik”.
Müxalifət.az