​Trampın qərarına Rusiyadan etiraz: Məhkəmə davası açılacaq

Baxış sayı:
9121

Rusiya ABŞ Prezidenti Donald Trampın dünən imzaladığı sərəncama etiraz edəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə danışan Rusiya Dövlət Dumasının İqtisadi siyasət üzrə və Sənaye Komitəsinin sədri Sergey Jiqarev Dünya Ticarət Təşkilatı nəzdində məhkəmə davasının açıla biləcəyini söyləyib.
"Tədarükçülərin hökumətə müraciət etmələri, dövlətinsə belə bir prosesi başlatması lazımdır. Bir neçə ay əvvəl bizə donuz əti barəsində cinayət işi açdılar. Eyni şəkildə, biz də ABŞ-a polada tətbiq edilən rüsumla əlaqədar olaraq cinayət işi aça bilərik", - Jiqarev söyləyib.
Qeyd edək ki, ötən gün Tramp polad və alüminium ixracına rüsumlar tətbiq edilməsi barədə sərəncam imzalayıb.