​Trampın qorxduğu kitab artıq SATIŞDA

Baxış sayı:
2885

ABŞ prezidenti Donald Trampdan bəhs edən qalmaqallı "Atəş və Qəzəb: Tramp Ağ Evinin içindən" adlı kitab artıq satışdadır.
Muxalifət.az xəbər verir ki, yazıçı, jurnalist Maykl Volfun Trampın bir illik prezidentlik fəaliyyətindən bəhs edən "Atəş və Qəzəb: Tramp Ağ Evinin içindən" adlı kitabı bütün cəhdlərə baxmayaraq, nəşr edilib. Mətbəə bütün riskləri gözə alaraq həmin kitabı yüksək tirajla çap etdirib və Nyu-Yorkun bütün kitab mağazalarına paylayıb.
Bunun ardından prezident Donald Tramp özünün "Tvitter" səhifəsində yalan mətbuatın onun haqqında yazdığı saxta xəbərlərlə mübarizə apardığını dilə gətirərək, özünü ABŞ-ın 40-cı prezidenti olmuş Ronald Reyqanla bənzədib: “Mətbuatda etibarı olmayan jurnalistlərin, mənim haqqımda yalan məlumatlar yazması bəs deyildi, indi də yazdıqları yalanları kitaba çevirdilər. Mən də vaxtilə Ronald Reyqanın yaşadığı problemi yaşayıram. Onun da haqqında yalan-doğru məlumatlar yazılırdı, amma o, bunun öhdəsindən yaxşı gəlmişdi. Mən də bu məsələni necə həll edəcəyimi yaxşı bilirəm!".
Xatırladaq ki, bir müddət əvvəl Donald Tramp və vəkilləri şəxsən bu kitabın nəşr ediləcəyi mətbəəyə hədə-qorxu gələrək kitabı nəşr etdirməmələrini bildirmişdi.