“Trampın prezidentliyi romanlarımdan daha qorxuludur” – ABŞ-lı yazıçı

Baxış sayı:
8059

Amerikalı elmi fantaziya yazıçısı Stephen King 'Trampın prezidentliyi romanlarımdan daha qorxuludur' deyib. Sosial paylaşma saytı “NowThis News”-da nümayiş olunan videoda King, Trampın öz fantastik xarakterlərindən dahamı qorxunc olduğu sualına, "Buna veriləcək qısa cavab 'bəli' olacaq. Onun daha qorxunc olduğunu düşünürəm" cavabını verib. 1979-da dərc olunan "Çağırış" (The Dead Zone) adlı romanında Trampın iqtidara yüksəlişini nəzərdə tutduğunu deyən King, romanda olduğu kimi, əsas axının xaricindən gələn və Amerikan cəmiyyətinin təxəyyülünü ələ keçirən bir siyasətçinin mümkün ola biləcəyindən o dövrdə əmin olduğunu söyləyib. King romandakı əsas xarakterlərdən biri olan, mərhəmətsiz iş adamıykən, siyasətçiyə çevrilən Greg Stillsonun "Tramp ortaya çıxana qədər kimsənin inana bilməyəcəyi, ya da düşünə bilməyəcəyi dəli bir şey" olaraq görüldüyünü söyləyib. Kitabı yazdığı zaman kəsimində Stillsona bənzər birinin ABŞ prezidentliyinə gəlməsindən sonra 3-cü dünya müharibəsinin başlaması narahatlığını daşıdığını söyləyən King, "qisasçı" olaraq adlandırdığı xarakterinə bu günkü ABŞ prezidenti ilə sahib olduqlarını ifadə edib. Trampın prezidentliyə uyğun olmadığını və vəzifədən alınması lazım olduğunu dilə gətirən King, Trampın Twitter-dən istifadəsini "gedərək ağlını itirən bir zehinə açılan pəncərə" olaraq adlandırmışdı. Müxalifət.az