“Trampın ölüm saatı” Nyu-Yorkdakı Tayms meydanında

Baxış sayı:
2962

Yeni tipli koronavirus epidemiyasının mərkəzinə çevrilmiş Nyu-York şəhərində Kovid-19 ölümlərini qeydə alan və Vaşinqton iqtidarını lazımi tədbirləri görməməkdə ittiham edən bir lövhə asılıb.
 
Şəhərin ən məşhur yeri olan Tayms meydanında quraşdırılmış lövhəni rejissor Jucin Careki “Trampın ölüm saatı” adlandırılıb. Careki ABŞ mediasında məqalə ilə çıxış edərək “Qoyun rəqəmlər danışsın” sözlərini yazıb. Kovid-19 ölümlərinin sayının artmasında vaxtında lazımi tədbirləri həyata keçirməyən ABŞ prezidenti Donald Trampı ittiham edən Careki yazıb: “Bu dərd unudula bilməz. Bu günə qədər onminlərlə amerikalı hakimiyyətin gec tədbir görməsi və bacarıqsızlığı üzündən həyatını itirib”.
 
Hurriyyet.org