Trampın məsləhətinə məhəl qoyulmadı - OPEK ölkələri neft hasilatını azaldacaq

Baxış sayı:
2071

Vyanada neft nazirliklərinin, OPEK ölkələri (neft ixracatçısı ölkələrinin təşkilatı) idarələrinin və Kartelə daxil olmayan dövlətlərin rəhbərlərinin ikigünlük məsləhətləşmələri neftin optimal dünya qiymətinin saxlanması məqsədilə neft hasilatının azaldılması haqda sazişə nail olunmasına gətirib çıxardı.

"Turan" xəbər verir ki, OPEK ölkələri bu sövdələşmə çərçivəsində neft hasilatını ümumi olaraq 2,8%-dək azaldacaqlar, qeyri-OPEK ölkələri isə 2%.
Ümumilikdə, neft hasilatının sutkalıq 1,2 mln. barel azalması gözlənilir. Bunun 800 min bareli OPEK-in, 400 min bareli qeyri-OPEK-in payına düşür.