Trampın mənfi qərarı Ruhaninin iqtisadi planlarını dəfn edəcək –İran prezidenti nə xoşbəxtlik açarını, nə də qapının dəliyini tapıb - TƏHLİL

Baxış sayı:
3145

2017-ci il dekabr ayından etibarən İranın milli valyutası rial dəyərinin üçdə birini itirib. Aprelin 10-da valyuta məzənnəsinin sürətli amortizasiyası ucbatından hökumət ölkə daxilində xarici valyuta əməliyyatlarını dayandırmağa məcbur olub və 10 min avrodan çox (12 min $) olan xarici valyuta ehtiyatları qeyri-qanuni elan edib.
Hökumətin bu hərəkətləri 30 illik nisbətən liberal iqtisadi siyasətdən –hakimiyyətin özəl sektorda xarici valyuta əməliyyatları və hətta kapital axınına icazə verdiyi müddətdən sonra radikal dəyişiklikdir.
İran ABŞ prezidenti Donald Trampın 2015-ci ilin nüvə razılaşmasından çıxması ilə (12 may) gözlənilən sanksiyaların bərpasından qətiyyən narahat deyil. Əksinə, ölkənin artıq Qərblə yaxınlaşmaq perspektivləri azalıb və o, yeni dünyaya uyğunlaşır.
Yeni valyuta böhranı yaradacağına dair yenilənmiş təhdidləri ilə Tramp administrasiyası rəsmi olaraq İranın nüvə və ballistik raket proqramına daha çox məhdudiyyət qoymaq istəyir. Lakin İran əvvəlki valyuta məzənnəsinin çökməsindən (200%) bir il keçdikdən sonra – 2012-ci ilin oktyabr ayından etibarən JCPOA-ya dair müzakirə üçün masa arxasına keçdiyini nəzərə alsaq, hökumətin Trampın tələblərinə tabe olacağına inan tamamilə əsassız deyil.
Bununla belə, 2018 – 2012-ci deyil. Bu gün iranlılar Qərblə, xüsusilə də ABŞ-la münasibətləri bərpa etmək məsələsində daha az optimistdirlər.
Beləliklə, əgər ABŞ JCPOA çərçivəsində öhdəliklərini yerinə yetirmirsə, İran liderlərindən daha çox güzəştlər gözləmək çətin olacaq.
İranlılar prezident Həsən Ruhaninin daha yaxşı tərəqqiyə nail olma qabiliyyətinə də daha az nikbindirlər, dekabr və yanvar aylarında böyük etiraz nümayişləri bunu isbatladı. Ruhaninin bazar islahatları və Qərblə daha sıx inteqrasiya etmə ümidləri boşa gedə, İranın Ali Rəhbəri Ayətullah Əli Xamnəinin “Qərbə müqayisədə Şərqə üstünlük vermə” çağırışı hökuməti kursu dəyişməyə məcbur edə bilər.
Bu, əlbəttə, İranın qloballaşma əleyhdarı olan, islahatlara qarşı çıxan sərt siyasət tərəfdarlarının istəyinə uyğun olacaq. Hazırda onların üstünlük verdiyi strategiya “müqavimət iqtisadiyyatı” istiqamətində hərəkət etməkdir.
İlk dəfə 2012-ci ildə Xamnəi tərəfindən təklif edilən bu yanaşma ixracı və xarici investisiyaları yerli iqtisadiyyatla əvəzləməyə əsaslanır, İranın Qərb iqtisadiyyatından asılılığını azaldır və beynəlxalq sanksiyalara qarşı dayanıqlılığı gücləndirir.
Müqavimət iqtisadiyyatına olan ehtiyac JCPOA ilə yoxa çıxıb. İki il ərzində mənfi artımdan sonra İran iqtisadiyyatı 2016-cı ildə beynəlxalq sanksiyaların ləğv olunması ilə güclənib. Neft ixracının iki qat çoxalması iqtisadiyyatı 12,5% səviyyəsində artıb. Amma sonradan bərpa həddən artıq yavaşıyıb. 2017-ci ildə böyümə sürəti təxminən 4%  həddinə qayıdıb və növbəti bir neçə il ərzində onun aşağı səviyyədə qalması gözlənilir.
Eyni şəkildə, İran iqtisadiyyatı JCPOA fəaliyyət göstərdikdən sonra hər il 600 min yeni iş yeri yaradıb, lakin bu, İranın kütləvi gənclik işsizliyinin qapısını örtmək üçün kifayət etməyib. Əslində, işsizlik indi, xüsusilə gənc, kollec təhsilli iranlılar üçün yüksək səviyyədədir.
2016-cı ilin əhalinin siyahıya alınmasına görə, kollec təhsilli 20-29 yaş arasında kişilərin 36%-i və qadınların 50%-i işsizdir.
İş yerlərinin qeyri-kafi olması səbəblərindən biri də İran liderlərinin özəl sərmayələr üçün ölkədəki mühiti yaxşılaşdıra bilməməsidir. 2018-ci ildə Dünya Bankının “Doing Business” (“Biznes fəaliyyəti”) reytinqində İran 124-cü yeri tutub.
İslahatların liberallaşdırılması yolunda duran güclü maraqları ilə İran iqtisadiyyatı hər zaman olduğu kimi anti-rəqabət qabiliyyətli olaraq qalır.
Bununla belə, İranın solğun göstəricilərinə görə günahın çox hissəsi Ruhani administrasiyasındakı iqtisadi qrupa aiddir. Ruhani 2013-cü ilin prezidentlik kampaniyasında deyin ki, xoşbəxtlik duyğusunu açarı mövcuddur, amma o hətta müvəqqəti açarı tapa bilməyib.
Onun prezident seçilməsindən təxminən beş il sonra belə, İranın bank sistemi ödəniş qabiliyyətli deyil. 2000-ci illərdə real əmlak bumu dövründə toplanmayan kreditlər ilə yüklənən İran bankları sanksiyalar sayəsində 2012-ci ildən etibarən investisiya layihələrinə vəsait qoya bilməyib.
Depozitləri cəlb etmək üçün banklar əvvəlki əmanətçilərə yeni depozitlərdən istifadə edərkən, inflyasiya səviyyəsindən on faiz və ya daha yuxarı faiz dərəcələri təklif edirlər. Hökumət bu Ponzi sxemlərinin bir neçəsini müəyyən edərək qapadıb. Lakin ölkə banklarının qalan hissəsi üçün yeganə seçim yeni əmlak bumunu gözləməkdir.
Məsələləri daha da pisləşdirən israrlı yüksək faiz dərəcələri (20%) işsizlik səviyyəsini aşağı salmağa imkan vermir. Bununla yanaşı, dövlət investisiyaları ÜDM-in 3%-dən də azdır, o, mövcud infrastrukturu saxlamaq və təmir etməyə kifayət etmir. Xarici kapitalın azalması ucbatından investisiya səbətinin dolması ehtimalı azdır.
Hələ Trampın prezident seçilməsindən əvvəl də xarici investorlar İrana ehtiyatla yaxınlaşırdı, layihələr imzalasalar da faktiki olaraq onlara pul qoymurdu.
Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2016-cı ildə üçün müxtəlif layihələrə vəd edilmiş xarici maliyyələşdirmənin (12 milyard dollar) yalnız 2,1 milyard dolları ünvanına yetişib. İndi hökumət kapital axınına yeni məhdudiyyət qoyub, odur ki, ölkənin xarici sərmayəçilər üçün cazibəsi daha da azalacaq.
Kapitala nəzarət, əlbəttə, mühafizəkarlar tərəfindən dəstəklənən “müqavimət iqtisadiyyatı”na uyğundur. Çünki son zamanlarda ölkədən 30 milyard dollar çıxarılıb.
Əslində, daha ehtimal olunan rəqəm 10 milyard dollardır. Hər halda, önümüzdəki aylarda kapitala nəzarət JCPOA ilə bağlı olacaq.
İqtisadi qərarların qəbul edilməsi bazarlardan hökumətə keçdikcə, Həsən Ruhaninin rəqabət qabiliyyətli, qlobal miqyaslı İran iqtisadiyyatı yaratma cəhdi dayanacaq.
Tərcümə: Strateq.az