Trampın maliyyə qeydiyyat qorxusu aşkara çıxdı

Baxış sayı:
15895

 ABŞ prezidenti Donald Tramp ailə üzvləri və şirkətlər qrupunun “Deutsche Bank” və “Capital One” banklarının maliyyə sənədlərilə bağlı Konqresdə suallara cavab verməsini əngəlləmək üçün hərəkətə keçib.
 
Tramp bu maliyyə sənədlərilə bağlı Konqresdə suallara cavab verməyi əngəlləmək üçün məhkəməyə müraciət edib.
ABŞ mətbuatında çıxan xəbərlərə görə, Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Schiff və Maliyyə Xidmətlər Komitəsinin sədri Maxine Watersın ABŞ prezidentinin maliyyə qeydlərinin təqibi məqsədilə Konqresə dəvət edilməsindən sonra Tramp ailəsi və şirkətləri Nyu-Yorkda “Deutsche Bank” və “Capital One” banklarının ifadə verməsini əngəlləmək üçün hüquqi proses başlayıb.
 
Şikayət ərizəsində nələr var?
 
 Şikayət ərizəsində, "Konqresdə ifadə vermək çağırışının maliyyə vəziyyətini və şirkətlərini təftişlə ABŞ Prezidenti Donald Trampı narahat etmək və prezidentə siyasi baxımdan zərər verə biləcək hər hansı bir dəlil əldə etmək üçün edildiyi" ifadə edilib.
Trampın vəkillər, "Prezidentin, ailəsinin və iş yerlərinin məxfiliyini qorumaq məqsədilə" dəvətin ləğvini və maliyyə qurumlarının qeydlərinin təqdim edilməsinin qarşısının alınmasını istəyir.
Qeyd edək ki, “Deutsche Bank”ın Konqresə dəvətdən sonra Trampın maliyyə qeydlərini Nyu-York Prokurorluğuna verməyə başladığı barədə xəbərlər çıxmışdı.
ABŞ prezidenti Tramp Konqresdə Demokratlar tərəfindən çıxarılan hər dəvətə qarşı mübarizə etməyi planlaşdırdığını açıqlamışdı.
Müxalifət.az