Trampın kürəkənindən ‘əsrin' təhdidi

Baxış sayı:
7768

Fələstinə sırınmaq istənən sözdə sülh ‘Əsrin Razılaşması”nın memarı olan ABŞ prezidenti Donald Trampın kürəkəni və baş müşaviri Jared Kuşner, xəyanət planını qəbul etməyən dövlət başçısı Mahmud Abbas və Fələstinliləri üstüörtülü şəkildə təhdid edib.
 
İsrailin “Axios” xəbər saytına müsahibə verən Kuşner, Fələstin tərəfinin Bəhreyndə 25-26 iyunda təşkil edilən “Əsrin xəyanəti”planının iqtisadi tərəfinin müzakirə olunduğu tədbirə qatılmamasını ‘strateji bir səhv' olaraq xarakterizə edib.
Fələstinlilərin bu prosesdən zərərli çıxacağını iddia edən Kuşner, "Fələstin rəhbərliyi üçün qapı hər vaxt açıqdır. Tramp Fələstinin rəhbəri Abbası sevir.  Əgər dəlisov şeylər söyləməyi buraxıb, masaya otursalar, ona bunu sınama fürsəti vermək istəyirik" deyə söyləyib.
Müxalifət.az