Trampın kürəkənindən çirkin sözlər

Baxış sayı:
2518

ABŞ prezidenti Donald Trampın müşaviri və kürəkəni Jared Kuşner, ABŞ rəhbərliyinin son dövrdəki Fələstin əleyhinə addımlarını müdafiə edib. “New York Times” (NYT) qəzetinə danışan Jared Kuşner, Fələstin rəhbərliyinə qarşı "cəza" addımların İsrail və Fələstin arasındakı sülh şansına zərər verməyəcəyini iddia edib. İndiyədək Fələstinə yönəlik yardımların Fələstin xalqının rifahını təmin etmək əvəzinə, təyinatı bilinməyən yardım proqramlarına ötürüldüyünü irəli sürən Kuşner, "Fələstinlilər həqiqət olmayan xəyallara inanan, beyni yuyulmuş xalqa çevrilib" deyə, fələstinliləri təhqir edib. Qeyd edək ki, Qüdsü İsrailin paytaxtı kimi tanıyan Tramp rəhbərliyi, daha sonra ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Təşkilatlarına (UNRWA) yardımına son vermiş, son olaraq da Fələstin Qurtuluş Təşkilatının (FKÖ) Vaşinqtondakı nümayəndəliyini bağlamaq qərarı almışdı. ABŞ, beynəlxalq qurumlara yönəlik yardım proqramlarını xarici siyasətdə "alət halına çevirməklə" tənqid edilir. Müxalifət.az