Trampın kürəkəni "yüz ilin palnı"nı AÇIQLADI - "Uğursuz olacağıqsa..."

Baxış sayı:
4645

ABŞ prezidenti Donald Trampın kürəkəni və müşaviri Jared Kuşner Trampın “yüz ilin” planı kimi səciyyələndirdiyi İsrail-Fələstin sülh planının operativ plan və siyasi məsələlər üçün yaxşı bir başlanğıc nöqtəsi olacağını deyib.
 
Kuşner Vaşinqton İnstitutunda qatıldığı bir tədbirdə Tramp rəhbərliyinin iyun ayında açıqlaması gözlənilən İsrail-Fələstin sülh planına dair münasibət bildirib.
Trampın açıqlayacağı planı "dərin operativ bir proqram" kimi qiymətləndirən Kuşner, "Bir araya gətirdiyimiz şey siyasi məsələlər üçün yaxşı bir başlanğıc nöqtəsi ola biləcək və daha sonra da bu insanların daha yaxşı bir şəkildə yaşamalarına yardım etmək üçün nələr edilə biləcəyinin çərçivəsini cızan bir həll olacaq", - deyib.
Tramp tərəfindən İsrail ilə Fələstin arasında münaqişənin həlli üçün tapşırıq verildiyini bildirən Donald Trampın kürəkəni Kuşner, "Üzərində işlədiyimiz çərçivə realist, icraedici və iki tərəfi də daha yaxşı bir nöqtəyə daşıyacaq bir şey olacaq" deyib.
Jared Kuşner Qüdsün İsrailin paytaxtı və Golan Təpələrinin İsrail torpağı olaraq tanınmasını da "görülməsi vacib olan həqiqətlər" deyə xarakterizə edib.
Kuşner İsrail ilə Fələstinin iki ya da tək dövlətli həlldən fərqli şeylər anladığı üçün Trampın həll planında iki və ya tək dövlətli deyə spesifik bir ayrımaya getməyəcəyini bildirib.
Planın iqtisadi aspektinin da çəkiləcəyini qeyd edən Kuşner, "Tək tərəfli bir addım atılmadan öncə ümid edirəm ki, hər iki tərəf, İsrail və Fələstin tərəfləri buna ciddi şəkildə baxarlar", - bildirib.
Kuşner, "Uğursuz olacağıqsa da daha əvvəlkilərlə eyni şəkildə uğursuz olmaq istəmirik" deyə söyləyib.

Müxalifət.az