“Trampın komandası regionda...” – İrandan şok PROQNOZ

Baxış sayı:
3982

İŞİD terror qruplaşmasının məğlubiyyəti ABŞ-ın regional siyasətinin məğlubiyyəti deməkdir.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Moskvada keçirilən təhlükəsizlik üzrə konfransda İranın müdafiə naziri Əmir Hatəmi bildirib.
“İŞİD-in məğlubiyyəti Amerikanın regional siyasətinin məğlubiyyətini göstərir. Fikir mövcuddur ki, bu məğlubiyyət boşluğu doldurmaq üçün regionda zorakılıq və gərginliyin yeni mərhələsinin başlanmasına gətirib çıxaracaq”, - o deyib.
Nazirin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın komandası hər hansı işıqlı perspektivə malik deyil.
“Gözləmək qalır ki, təhlükə başqa yerdə görünəcək, region üçün daha mürəkkəb və dolaşıq şərtləri yaradacaq”, - İran rəsmisi əlavə edib.