TRAMPIN ƏKİZ BACISI SOSİAL MEDİANI ŞOKA SALDI - FOTOLAR

Baxış sayı:
6958

İspaniyada fermerlik edən 64 yaşlı Dolores Leis Antelonun bir qəzetçi tərəfindən paylaşılan fotosu ildrım sürətiylə yayılıb.
Dolores Leis Antelo qəzetçilərdən birinə müsahibə verənə qədər İspaniyanın Galiçya bölgəsində sakit həyat yaşayırmış.
Gabana de Bergantinosda bir kənddə fermerlik edən Antelo La Voz de Galiçia qəzetindən Paula Vazquesin suallarını cavablayıb.

Qəzetçi də qadının çiynindəki kətmənlə şəklini qəzetdə dərc edib. Elə bununla da o, Trampın bacısını özü qədər məşhur edib.
Bu foto öncə İspaniyada, daha sonra dünyada fenomen olub.
ABŞ prezidenti Donald Trampa bənzəyən fermer qadını qısa vaxtda hər kəs tanıyıb. Onun artıq dünyaca ünlü biri olduğunu isə nəvələri ona deyib.
Çünki Trampın əkiz bacısı Dolares mobil telefondan, kompüterdən istifadə eləmir.
Foto internetdə yayılar yayılmaz onun müxtəlif “versiyaları” ortaya çıxmağa başlayıb. Trampın yerinə Antelonu göstərən çox saylı kollajlar hazırlanıb.
Xatırladaq ki, 71 yaşlı ABŞ liderinin ailəsi İskoçyadan köçüb./Hurriyyet.org