Trampın kimyəvi və bioloji hücumlara dayanıqlı YENİ LİMUZİNİ

Baxış sayı:
2257

ABŞ prezidenti Donald Trampın yeni prezident limuzini test sürüşündə bəzi gizli saxlanılan məqamları üzə çıxıb. Model məlumatları və texniki detalları məlum olmayan "Canavar" adlı limuzin yazın sonunda xidmətə girəcək.
 
Ötən il prezidentlik kreslosuna oturan Donald Tramp, bu sayədə bir çox imkanlara malik oldu. Bunlar arasında bir çox avtomobillər də var.
Keçmiş prezident Barak Obamanın 2009-cu ilin ilk günündə göstərilən prezident limuzinləri bunlardan bir dənəsidir. Bu an istehsal mərhələsində olan və bu yazın sonunda tamamlanacaq "Canavar" ləqəbli “Cadillac” limuzin ilk dəfə nümayiş etdirilib.
“General Motors'un istehsal etdiyi avtomobilin yol testində detallarını gizləmək üçün kamuflyaj edilib. ABŞ “Gizli Xidmədi” ilə 15.8 milyon dollarlıq kontrakt qarşılığında xüsusi olaraq yığılan zirehli limuzinii, “Cadillac”-ın başçısı Johann də Nysschen'e görə, müştəriyə təslim edilib.
 
KİMYAVİ VƏ BİYOLOJİ HÜCUMLARA QARŞI DAYANIQLI
 
ABŞ “Gizli Xidməti”ndə çalışan bir əməkdaş isə yeni nəsil prezident limuzinlərinin istehsal prosesinin “Gizli Xidmət”in istehsal tələblərinə görə davam etdiyini və ictimaiyyətin yeni avtomobilləri bu ilin yaz sonuna doğru görə biləcəyini ifadə edib.
Gizli xidmətin milli təhlükəsizliyin sirri kimi gizlədiyi bəzi detallar test sürüşündə üzə çıxıb. Bu zirehli və silahlı lüks sedanın daha artıq bilinməyən sirlərinin olduğu bəllidir. Güllə keçirməz Kevlar ilə örtülü təkərlərin üzərində seyr limuzin, ballistik silahlara, yol tipi bombalara, kimyəvi və bioloji hücumlara qarşı qoruyucudur.
Forma baxımından avtomobil “Cadillac” flaqman gəmisi CT6 Sedan dizaynına bənzəyir. Təbii ehtimalla, otobanlarda əl teması olmayan, yarı müstəqil sürücülük imkanı verən CT 6'nın Super Cruise xüsusiyyəti bu avtomobildə olmayacaq. Bunun əvəzinə ehtimal ki, sürücülük və müdafiə yönümlü sürücülük metodlarını bilən yüksək səviyyədə təlimli bir casusa sahib olacaq.
ABŞ prezidentini daşıyan limuzinləri 1993-ildən bəri “Cadillac” təmin edir.
Müxalifət.az