Trampın İranlılara dəstək açıqlaması ƏKS REAKSİYA VERİB

Baxış sayı:
4145

İrandakı etiraz aksiyalarının gəldiyi indiki vəziyyət  bəzi vacib detalları üzə çıxarıb. İlk günlər görünməyən bəzi məqamlar artıq gün üzünə çıxmağa başlayıb.
 
ABŞ prezidenti Donald Trampın İranlı nümayişçilərə davamlı qaz verən bəyanatlar səsləndirməsi bir çox ekspertlərə görə, İranda ictimai təzyiqi aşağı salıb. Küçəyə çıxanların bir qisminin Trampın rejimi hədəfə alan açıqlamalarını "xaricdən müdaxilə" kimi qiymətlətləndirdiyi bildirilir.
 
TRAMP OLMASA HADİSƏLƏR DAHA DA ARTARDI
 
Hazırda İranda başlayan etirazlar tamamilə sönməyib. Ancaq təzyiq düşüb. Bunda ABŞ prezidenti Tramp və İsrail baş naziri Netanyahunun da payının olduğunu düşünənlər xeyli çoxdur. Xüsusilə Netanyahu "İranlı nümayişçilərə uğurlar arzulayıram" deyəndə, İranın bir nömrəli düşməni İsraildən küçədəki İran xalqına gələn dəstək mesajı, bir çox İranlıda əks reaksiya doğurub. Tramp və Netanyahunun küçə hadisələrini təşviq edən açıqlamaları olmasaydı, hadisələrin daha da böyüyəcəyini düşünənlər İranda əksəriyyət təşkil edir.
Müxalifət.az