Trampın “İran” təşəbbüsü havada qaldı

Baxış sayı:
3010

İtaliyanın baş naziri Giuseppe Conte ilə Ağ Evdə keçirdiyi mətbuat konfransında İran prezidenti Həsən Ruhani ilə "ön şərtsiz" görüşəcəyini bildirən ABŞ prezidenti Donald Tramp, Tehran rəhbərliyi tərəfindən müsbət qarşılanmayıb. Belə ki, Tehran tərəfi, bu çağırışı ciddiyə almadığını qeyd edərək, ilk növbədə ABŞ-ın nüvə müqaviləsinə yenidən geri qayıtması lazım olduğunu bildirib.
 
Dünən Ağ Evdəki mətbuat konfransında danışan ABŞ prezidenti Tramp, "İran istəsə, görüşə bilərik. Digər insanlarla danışmaqda problem yoxdur. Xüsusilə bu insanlarla mümkün bir müharibənin olacağı, ölümlərin ola biləcəyi hallarda görüşərsən. Bunda bir problem yoxdur. Şimali Koreya lideri də görüşdüm" demiş və Ruhani ilə görüşməsi üçün ön şərti olmadığını qeyd etmişdi. İlk cavab da, İran prezidenti Həsən Ruhaninin müşaviri Həmid Ebuturabidən gəlib. Ebuturabi, Trampın İran ilə hər yerdə və ön şərtsiz görüş istəyinə qarşılıq bir görüş fonu yaranması üçün "İran millətinə hörmət, düşmənçiliklərin azaldılması və ABŞ-ın nüvə müqaviləsinə qayıtması" şərtlərini irəli sürüb.
İranın daxili işlər naziri Abdurrıza Rəhmanı Fazalı də, ABŞ-ın nüvə müqaviləsindən birtərəfli çəkilməsinin, Vaşinqtona duyulan inamsızlığın səbəblərindən biri olduğunu deyib. ABŞ rəhbərliyinin etibarsız olduğunu qeyd edən İranlı nazir, "Nüvə müqaviləsindən birtərəfli ayrılan bir ölkəyə necə etibar etmək olar" deyə, bildirib. Vaşinqtondan ziddiyyətli bəyanatlar verdiyini dilə gətirən Rəhmanı Fazalı, "Bir tərəfdən yeni öhdəlikləri qəbul etməsi üçün İrana təzyiq tətbiq olunmalıdır, deyirlər, digər tərəfdən, ön şərtsiz danışıqlardan söz edirlər" deyib.
Müxalifət.az