Trampın hazırladığı “Əsrin Müqaviləsi” yayıldı - SENSASİON DETALLAR

Baxış sayı:
10777

İsrail baş naziri Binyamin Netanyahuya yaxınlığı ilə tanınan “Israel Hayom” qəzeti ABŞ prezidenti Donald Trampın İsrail-Fələstin məsələsinin həllində yaxında açıqlanması gözlənilən, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Misirin də dəstək verdiyi bildirilən "Əsrin Müqaviləsi" planının rəsmi olmayan maddələrini yayıb.
 
Qəzetdə yer alan və ABŞ, İsrail və ya Fələstin orqanlarından hər hansı bir açıqlama verilməyən sözügedən planın əsas maddələri belədir:
 
1- Müqavilə
 
 İsrail ilə Fələstin Qurtuluş Təşkilatı (FKÖ) və “Həmas” arasında üçtərəfli saziş imzalanacaq. Bu müqaviləyə görə, işğal olunmuş Qərbi Şeriada yer alan Yəhudi yaşayış məntəqələrinin xaricində qalan torpaqlar ilə Qəzza Zolağında "Yeni Fələstin" adlı bir Fələstin dövləti qurulacaq.
 
 2- Bölgənin təxliyəsi
 
Qərbi Şeriadakı böyük Yəhudi yaşayış yerləri bu gün olduğu kimi, İsrailin əlində qalacaq. Bu yaşayış məntəqələrinə yenə Qərbi Şeriadakı təcrid yaşayış məntəqələri də daxil ediləcək və beləcə təcrid yaşayış məntəqələrinə çatmaq üçün böyük yaşayış məntəqələrinin sahələri genişləndiriləcək.
 
3- Qüds
 
Qüds İsrail ilə Yeni Fələstin arasında bölünməyəcək və hər iki dövlətin də paytaxtı sayılacaq. Həmçinin Qüdsdə yaşayan ərəblər yeni Fələstin dövlətinin vətəndaşları olacaq.
İsrailə bağlı Qüds Bələdiyyəsi Yeni Fələstin hökumətinin məşğul olacağı təhsil sahəsi istisna olmaqla, Qüdsün bütün sahələrindən məsul olacaq və bu yeni dövlət Qüds Bələdiyyəsinə su xərci və vergi ödəyəcək.
Yəhudilərin ərəblərdən ev almalarına icazə verilməyəcək və eyni şəkildə ərəblər də yəhudilərdən ev almayacaq. Qüdsə yeni rayonlar salınmayacaq və müqəddəs sahələrin bugünkü statusu davam edəcək.
 
4- Qəzza Zolağı
 
Misir hava limanı, zavodlar, ticarət və əkinçilik üçün Qəzza Zolağına bağlı bir şəkildə Yeni Fələstin Dövlətinə torpaq icarəyə götürəcək, ancaq Fələstinlilərin bu yeni ərazilərdə yaşayışına icazə verilməyəcək. Bu torpaqların sərhədləri ilə icarə ödənişi daha sonra vasitəçi və donor ölkələr tərəfindən Yeni Fələstin Dövləti ilə Misir arasında müəyyən olunacaq.
 
5- Dəstəkləyən ölkələr
 
Yeni Fələstin Dövlətinin qurulmasını nəzərdə tutan bu sazişin həyata keçirilməsi üçün maliyyə olaraq dəstək təmin edəcək ölkələr başda ABŞ olmaqla, Avropa Birliyi və neft istehsalçısı Körfəz Ərəb ölkələri olacaq.
Dəstəkləyən ölkələr Yeni Fələstindəki milli layihələr üçün 5 il ərzində 30 milyard dollarlıq bir büdcə təmin edəcək. Bu büdcəyə təcrid Yəhudi yaşayış məntəqələri ilə böyük yaşayış yerlərinin İsrailə bağlanması xərci də daxil olacaq.
 
Dəstəkləyən dövlətlər tərəfindən ödənəcək fondların bölünməsi

A. ABŞ-20 faiz  

B. AB 10 faiz
 
C. Neft istehsalçısı Körfəz Ərəb ölkələri isə fondun 70 faizini ödəyəcək. Bu 70 faizlik nisbət ölkələrin neft gəlirlərinə görə müəyyən olunacaq.
 
D. Yükün çoxu neft istehsal edən Körfəz ölkələrində olacaq, çünki bu müqavilədən əsl istifadə edənlər də onlar olacaq.
 
6 - Ordu
 
Yeni Fələstin Dövlətinin ordusu olmayacaq. Yalnız polisin əlində yüngül silahlar olacaq.
 
İsrail ilə Yeni Fələstin arasında İsrailin bütün xarici hücumlara qarşı Yeni Fələstinin qorumasını zəmanət altına alacağı və bu cür qoruma qarşılığında Yeni Fələstinin İsrailə ödəniş edəcəyi yeni bir müdafiə sazişi imzalanacaq.
Bu ödəmənin qiyməti tərəflər arasındakı dəstəkləyən dövlətlərin vasitəçilik etdiyi danışıqlarda müəyyənləşdirilməlidir.
 
7 və 8 - Vaxt cədvəlləri və tətbiqi mərhələləri

Fələstin İslami Müqavimət Hərəkatı “Həmas” Misirlilərin yanında olan şəxsi silahları da daxil olmaqla, bütün silahları buraxacaq.

Həmasın liderləri və üzvləri yeni hökumət qurulana qədər havadar ölkələrdən maaş almağa davam edəcək.  Qəzza Zolağının sərhədləri mal girişinə və işçilərin Qərbi Şeriada olduğu kimi, İsrail ilə Misirə keçidinə açıq olacaq.  

Bir il ərzində yeni Fələstin hökuməti seçilməsi üçün hər Fələstin vətəndaşının seçkilərdə namizəd ola biləcəyi demokratik seçkilər keçiriləcək.  

İsrail həbsxanalarındakı bütün Fələstinli məhbuslar, seçkilər və hökumətin yaranmasından bir il sonra başlamaq üçün mərhələli olaraq üç il ərzində sərbəst buraxılacaq.  

Beş il ərzində Yeni Fələstində bir liman və bir hava limanı yaradılacaq. O vaxta qədər İsrail hava limanı ilə limanlar istifadə ediləcək.  

Yeni Fələstin ilə İsrail arasındakı sərhəd, dost ölkələrdəki kimi, vətəndaşların və malların keçidinə açıq olacaq.  

Qəzza Zolağı ilə Qərbi Şerianı bir-birinə bağlamaq üçün yerdən hündürlüyü 30 metr olacaq bir yol inşa ediləcək. Bu magistralın tikintisinə Çin 50 faiz, Yaponiya, Cənubi Koreya, Avstraliya, Kanada və ABŞ ilə AB hərəsi 10 faiz olmaqla kömək edəcək.  

9 - İordaniya Vadisi

İordaniya Vadisi və ya digər adı ilə Qərbi Şeriada Ölü Dəniz ətrafındakı Ağvar bölgəsi bu gün olduğu kimi, İsrailin əlində qalacaq. 

Bölgeden keçən 90 nömrəli yol 4 zolaqlı olacaq.  

İsrail magistralın genişləndirilməsi üçün tender açacaq. 

Bu 90 nömrəli avtomobil magistralın iki zolağı Yeni Fələstini İordaniyaya bağlayacaq. Bu yol üzərində qurulacaq olan sərhəd məntəqələri Yeni Fələstinin nəzarətində olacaq.  

10 - Məsuliyyət

Həmas və FKT-nin bu müqaviləyə etiraz etdiyi təqdirdə ABŞ Fələstinə verdiyi bütün maliyyə dəstəyini kəsəcək və digər ölkələrin də maliyyə dəstək təmin etməsini əngəlləyəcək. 

FKT bu müqaviləni qəbul edər, Həmas və Fələstin İslami Cihad Hərəkatı bu müqaviləni rədd edərsə, bu iki hərəkatın liderləri məsul sayılacaq və Qəzza Zolağı ilə İsrail arasında yeni bir müharibədə ABŞ İsrailin bu liderləri hədəf alması məsələsində dəstəkləyəcək. Bu səbəbdən onlarla insanın milyonların həyatını təhlükəyə atması mümkün olmayacaq. 

Əgər İsrail bu müqaviləyə etiraz etsə, İsrailə olan maliyyə dəstəyi dayandırılacaq.  

Müxalifət.az