Trampın 1915 hadisələri ilə bağlı açıqlamasına TÜRKİYƏDƏN MÜNASİBƏT

Baxış sayı:
3328

Türkiyə, ABŞ prezidenti Donald Trampın 1915 hadisələri haqqında verdiyi yazılı açıqlamada yer alan "yanlış ifadələri və subyektiv tarix şərhini" rədd edib.
 
Türkiyə Xarici işlər Nazirliyi tərəfindən edilən yazılı açıqlamada, "ABŞ prezidenti Donald Tramp tərəfindən 1915 hadisələri haqqında, 24 aprel 2018 tarixində edilən yazılı bəyanatda yer alan yanlış ifadələri və subyektiv tarix şərhini rədd edirik" İfadəsinə yer verilib.
Türkiyənin, ABŞ rəhbərliyindən Osmanlının bütün millətlərinin böyük acılar yaşadığı bu dövrü adil bir münasibətlə qiymətləndirməsinə dair ümidinin vurğulandığı bəyanat, belə davam edib:
“Bu çərçivədə, prezident Trampa həmin dövrdə Erməni qiyamçıların yer aldığı hadisələr səbəbilə qətlə yetirilən 500 mindən çox Müsəlmanın olduğunu xatırladırıq. Türkiyə bir Ortaq Tarix Komissiyası qurulması yolu ilə tarixin bu ağır dövrünün işıqlandırılmasını təklif etməyə davam etməkdə olub, arxivlərini tədqiqatçıların istifadəsinə açmışdır".
Müxalifət.az