Trampı tənqid etdi, həyatı qaraldı: Amerikasayağı “demokratiya”

Baxış sayı:
9073

ABŞ-ın Utah əyalətində bir məhkəmə hakimi ABŞ prezidenti Donald Trampı tənqid etdiyi üçün 6 ay vəzifədən uzaqlaşdırılıb.
 
Utah Ali Məhkəməsi Taylorsville şəhərində 20 ildir hakimlik edən Michael Kwanın nüfuzunu sui-istifadə etdiyinə və siyasi açıqlama verdiyinə görə bu hökmü verib.
İddia sənədlərində, Kwanın sosial mediada və məhkəmə binasında Tramp əleyhinə bir neçə dəfə prezidentliyə namizəd olduğu zaman və prezident olduqdan sonra tənqidi ifadələr işlətdiyinə dair qeydlər yer alıb.
Kwanın 6 ay ödənişsiz vəzifədən uzaqlaşdırılmasına hökm edən məhkəmənin hakimlərindən John A. Pearce, mövzuyla əlaqədar hakim Kwanın "bütün məhkəmənin etibarını sarsıtdığını" dilə gətirib.
Qərara təpki verən Kwan isə konstitusiyanın ilk maddəsi ilə qoruma altına alınan ifadə azadlığının pozulduğunu bildirib. Hakimin vəkili də Kwanın etdiyi açıqlamalardan peşman olduğunu və bir daha bu cür ifadələrə yol verməyəcəyini söyləyib.
Qeyd edək ki, Kwan Trampın vəzifəyə gəlişindən bir ay sonra sosial media hesabındakı bir paylaşmasında Nasist dövrünə işarə edərək"Faşistlərin hakimiyyəti devr aldığı yeni dövrə xoş gəldiniz... Amerikalı Reyxstaq olub olmayacaqlarını sorğulamamız lazımdır" deyə qeyd etmişdi.
Müxalifət.az