Trampı qalib edən şəxs indi Bərzani üçün çalışır

ABŞ Prezidenti Donald Trampın seçkiqabağı təşviqat kampaniyasının eks-rəhbəri Pol Manafort İraq Kürd Muxtariyyətində müstəqillik referendumunu dəstəkləyib.
 
Bu iddia ilə “Nyu York Tayms” qəzeti çıxış edib. İddiaya görə, bir neçə ay öncə İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin oğlu Manafortla görüşüb. Məhz o, Manafortun İraqın şimalına səfərini təşkil edib. Burada kürd aktivistlərə məsləhətlər verən Manafort kürdlərin maraqlarını Qərbdə təmsil edəcəyinə söz verib.
Qəzet həmçinin Manafortun köməkçilərindən birinin daimi olaraq Ərbildə olduğunu bildirib.
Qeyd edək ki, ABŞ kürdlərin müstəqillik referendumunun əleyhinədir.