Trampı KUKLA KİMİ OYNADIRLAR

Baxış sayı:
2524

Serdar Turgur - Habertürk
 
Tramp rəhbərliyi keçmiş Amerika rəhbərliklərinin Fələstinə tanıdığı haqları da geri alaraq İsrailin əzici üstünlüyünü təmin etmək üçün lazım olan bütün addımları atır.
 
Əgər indiki hakimiyyətin pərdə arxasını, İsrail məsələsində Trampı bir kukla kimi oynadanları bilməsəniz nələrin baş verdiyini anlaya bilməzsiniz.
Bütün bu baş verənlərin arxasında gizli bir təşkilat kimi çalışan “Israel Victory Project” (IVP) var.
İsrail Sülh Layihəsi (IVP) prosesinin qısa tarixinə və prezident Trampı necə ovcunun içinə almaq üçün atdıqları addımlara bir baxaq:
 
DANIEL PIPES
 
Hər şey 2017-ci ilin fevral ayında “Middle East Forum”-un sədri Daniel Pipesın “Commentary” jurnalında yazdığı bir məqalə ilə başlayıb. Pipes bu yazısında Qüdsdə olacaqlar da daxil, yaxın perspektivdə İsrailin Fələstin qarşısında mütləq qələbəyə aparan yolda olacaqlarını bir bir sıralayırdı.
İlin sonuna doğru “Middle East Forum”-unun da köməyi ilə (Vaşinqtondakı “Cogresssonal Israel Victory caucus) İsrail Parlementosunda da Knesset Israel Victory caucus yaradıldı.
İlk başda Vaşinqtonda 33 üzvü vardı bu qurumun. İsraildə isə əvvəlcə 26 parlament üzvü bu quruma üzv oldu. Daha sonra ikisində də saylar ardtı. İkisi də paralel çalışmağa başladılar.
Daniel Pipesın rəhbərlik etdiyi “Middle East Forum”-dan mütəxəssislər həm Amerika liderlərə, həm də İsraildə brifinqlər verməyə başladılar. Bu brifinqlərdə edilməsi lazım olanlar diktə olunurdu.
Bu prosesdə Benyamin Netanyahuya nə etməsi lazım olduğu iki dəfə deyildi. Bundan başqa, Ron Dermer, David Vreedman, Jason Green Blatt və Viktoriya Coates kimi təsirli şəxslərlə də danışıldı.
 
İSTƏKLƏR BİR BİR HƏYATA KEÇİRİLDİ
 
İsrailin istədiyi sülh layihəsində bunlar vardı:
-Qüdsü İsrailin paytaxtı kimi qəbul edin. (Tramp səfirliyi köçürərək bu addımını atdı).
-İsralin tam və əbədi varlığını qəbul etməyən Fələstinlilər ilə bütün əlaqəni kəsin. (Amerikan Xarici İşlər Nazirliyi PLO-nun Vaşinqtondakı bürosunu bağladı).
-Bu barədə Birləşmiş Millətlər Təşkilatı ilə bütün əlaqələri nəzərdən keçirin. (Tramp BMT-yə bu məsələ ilə bağlı verilən bütün maliyyəni kəsdi).
-Fələstin əhalisinə verilən bütün maliyyə yardımları dayandırın. (Tramp Fələstin əhalisinə verilən 200 milyon dolları kəsdi, həmçinin Şərqi Qüds xəstəxana şəbəkəsinə veriləcək olan 25 milyon dolları da dayandırdı).
-Bir Fələstin dövləti anlayışını tamamilə rədd edin (Tramp bunu da həyata keçirir).
Yəni anlaşılan budur ki, İsrail-Fələstin münasibətləri məsələsində Tramp müstəqil qərarlar verə bilmir, o yalnız bir layihənin əlində oyuncaq kimidir.
Buna görə də Türkiyənin mövzu haqqında haqlı çıxışları Vaşinqtondakı bu qaranlıq əlaqələr səbəbindən çox təpkiyə səbəb olur.
Hazırladı: Müxalifət.az