Trampı İrana qarşı müharibəyə kimlər təhrik edir? – ABŞ prezidentindən açıqlama

Baxış sayı:
16297

ABŞ prezidenti Donald Tramp ordu-müdafiə sənayesi arasındakı əlaqədən ötəri ABŞ-ın daxil olduğu müharibələrin heç bitməsini istəməyən bir kəsimin olduğunu bildirib. Amerikan “Fox News” televiziyasına müsahibə verən Tramp, onu "İrana qarşı müharibəyə təhrik edənlərdən” gileylənib. İranın uzun zamandır problem olduğunu ifadə edən Tramp, sələfi Barak Obamanın İran ilə imzaladığı nüvə razılaşmasını "fəlakət" olaraq xarakterizə edib. Bu razılaşmanı bitirərək İrana sanksiyaları geri gətirdiyini söyləyən Tramp, İranı iqtisadi olaraq fəlakətə apardığını, ancaq İranla müharibəyə girmək istəmədiyini ifadə edib. "Hərbi-sənaye kompleks davamlı müharibə istəyir" Aparıcının "İran ilə bir qarşıdurmada maraqlı olmadığınıza dair xalqa zəmanət verə bilərsinizmi" sualına, Tramp "19 ildir davam edən bu müharibələrlə əlaqədar danışan mənəm. İnsanlar (ABŞ-ın əsgərləri) hələ də oradadırlar. Özünüzü aldatmayın, bu ölkədə bir hərbi-sənaye kompleksi var, bunlar davamlı müharibə istəyirlər" cavabını verib. İŞİD-ın "sözdə xilafətini" bitirdiyini və ABŞ əsgərlərini Suriyadan geri gətirmək istədiyini deyən Tramp, bu ifadələri işlədib: Heç bir yerdən çıxmaq istəmirlər "(Suriyadan) “Əsgərlərimizi geri gətirmək istəyirəm” deyirəm, insanlar dəliyə dönür. Vaşinqtonda elə insanlar var ki, heç bir yerdən çıxmaq istəmirlər. “Geridə bir neçə yüz əsgər buraxacağam” deyirəm artıq. Amma onlara qalsa, minlərlə əsgər daha göndərərdilər. Günün birində insanlar bunu anlayacaq. Bir qrup var, 'hərbi-sənaye kompleksi' deyilir. Onlar heç bir yerdən çıxmaq istəmirlər, davamlı müharibə istəyirlər. Xeyr, mən müharibə istəmirəm. Amma İran kimi vəziyyətlər olur, onların nüvə silahı əldə etmələrinə icazə verə bilmərik". Müxalifət.az