Trampı hirsləndirən hökumət böhranı - TƏHLİL

Baxış sayı:
9745

Taha Dağlı – Haber7
 
İsraildə hökumət qurula bilmədi, erkən seçkiyə gedilir. Bu vəziyyət Amerikalıların tam da “Əsrin Müqaviləsi” üçün geri sayım etdiyi bir dövrdə Fələstinlilərə rahat bir nəfəs aldırar.
Amma Netanyahu riski görüb, son dəqiqədə erkən seçki imkanından istifadə etməsəydi, Netanyahu-Tramp ikilisinin planları əsl o zaman təhlükəyə girəcəkdi.
9 apreldə erkən seçki olmuşdu.
İndi bir erkən seçki daha keçiriləcək.
9 apreldəki nəticələlər Netanyahunun liderliyindəki ifrat sağçı və hətta irqçi blokun 120 yerlik Knessetdə 60-dan çox millət vəkilinə sahib olduğunu göstərirdi.
Hökumət qurma vəzifəsi Netanyahuya verildi.
Ancaq İsrailin baş naziri bu dəfə bacara bilmədi.
Netanyahu bir başqa irqçi ortağı Liberman ilə dinci partiyalar arasındakı "zəruri əsgərlik qanunu" müzakirəsi arasında sıxışdı.
Liberman koalisiyaya qatıldığı təqdirdə, ultra Ortodoks Yəhudilərinin də əsgərə alınmasını şərt qoydu.
Netanyahu bu şərti qəbul etsəydi, Libermanı koalisiyaya qata biləcəkdi, ancaq koalisiyanın digər ortaqları olan ifrat dinci partiyaları itirəcəkdi.
Koalisiyasını qurmaq üçün verilən müddət azalmışdı.
Dövrəyə ABŞ prezidenti Tramp girdi, Netanyahunu işarə edərək "Bibi ilə daha edəcək çox işimiz var" dedi, koalisiyanın bir an əvvəl qurulması lazım olduğunu vurğuladı.
Bir ABŞ prezidenti İsraildə bir an əvvəl hökumətin qurulamasını istəyirsə, Müsəlmanlar üçün vəziyyət dəhşətli olmalıdır.
Çünki ABD-İsrailin əlində “Əsrin Müqaviləsi” adlı bir plan var.
ABŞ plan üçün gün sayır.
Ramazandan sonra layihənin açıqlanması gözlənilir.
Fələstində Fələstinli buraxılmayacaq bir layihədən bəhs edilir.
Sionist dövlətin işğal sərhədlərinin daha da böyüdülməsi, Sionist dövlətin Ərəb ölkələriylə daha sıx əlaqədə olması, Lviyadan Tunisə qədər bütün coğrafiyanın İsrailə beyət etdirilməsi kimi nəticələri olacaq bir plandan söhbət gedir.
Bu plan ABŞ prezidenti Tramp ilə İsrailin baş naziri Netanyahusuz olacaq bir iş deyil.
Tramp o səbəblə “bir an əvvəl Netanyahu hökuməti qursun ki, işimizə baxaq” dərdindədir.
Ancaq Netanyahunun koalisiya hesabları kitaba uyğun gəlməyincə, vəziyyət təhlükəyə girdi.
İsrailin baş naziri bütün variantları zorlasa da, hökuməti qura bilməyəcəyini anladı.
Müddətin dolmasına bir gün qalmış hərəkətə keçdi.
Erkən seçki istədi.
Bunun üçün parlamentdə səsvermə keçirilməli idi.
Həm də ard-arda 3 səsvermə.
Netanyahu heç vaxt itirmədən qərarı səsverməyə buraxdı, parlament özünü ləğv etdi, beləcə erkən seçki qərarı alındı.
Əgər bunu etməsəydi, Tramp-Netanyahu planları daha da çətinə düşə bilərdi.
Çünki Netanyahu ona verilən müddətdə koalisiyasnı qura bilməyincə, hökumət qurma vəzifəsi rəqibi Benny Gantza veriləcəkdi.
Gants keçmiş Baş Qərargah rəisidir. O da Netanyahu kimi, Fələstinlilər üçün qırğın əmrləri verən, Fələstinlilərin torpaqlarını qəsb edən bir işğalçıdır. Ancaq Netanyahudan əskikliyi Trampın adamı olmamasıdır.
Əgər Netanyahu hökuməti qura bilməyincə son dəqiqədə erkən seçki imkanını istifadə etməsəydi, bəlkə də koalisiyasını Benny Gantz quracaqdı.
O vəziyyətdə də Trampın yəhudi kürəkəni Jareed Kuşner liderliyində Netanyahu ilə birlikdə hazırlanan “Əsrin Müqaviləsi” adlı çirkli planın fəaliyyətə keçməsi daha da çətinləşəcəkdi.
Hazırladı: Müxalifət.az