​Trampdan vətəndaşlara: Evdən çölə çıxmayın!

Baxış sayı:
2548

ABŞ Prezidenti Donald Tramp ölkənin bir sıra bölgələrində yağan güclü qar səbəbindən vətəndaşlara diqqətli olmağı və evlərindən çıxmamağı məsləhət görüb. Muxalifet.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Tvitter mikrobloqunda yazıb. “Ehtiyatlı olun və çalışın ki, evdə qalasınız. Ölkənin böyük bir hissəsi yağan güclü qardan və rekord şaxtadan əziyyət çəkir. Təəccüblüdür, olduqca şiddətli çovğundur. İndi keçmiş qlobal istiləşməni hiss etmək pis olmazdı”, - deyə Tramp bildirib.