Trampdan Türkiyənin S-400 təklifinə yaşıl işıq

Baxış sayı:
10528

ABŞ prezidentinə Donald Trampın S-400-lə bağlı işçi qrupu təklifinə müsbət baxdığı ifadə edilib.
 
Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemi almasının ABŞ ilə əlaqələrdə yaratdığı gərginlik davam edir. Türkiyə ABŞ-a bu mövzuda bir ortaq komissiya yaradılması və F-35 döyüş təyyarələrinin bu sistemdən necə təsirlənəcəyini bu komissiyanın qiymətləndirməsi təklifini vermişdi. ABŞ-ın Türkiyənin ortaq komissiya yaadılması təklifinə müsbət baxdığı öyrənilib.
 
TRAMP ƏRDOĞANA MÜSBƏT CAVAB VERDİ: FİKİRİNİZİ BƏYƏNDİM
 
Qeyd edək ki, Türkiyə prezidenti Ərdoğan ilə ABŞ prezidenti Donald Tramp son olaraq çərşənbə günü telefonda danışmışdı. Ərdoğan ortaq iş qrupu təklifini ABŞ prezidenti Trampa daha bir dəfə çatdırmışdı. Əldə edilən məlumata görə, Tramp o təklifə ilk dəfə müsbət bir cavab verib. Trampın Ərdoğan ilə telefon danışığında "İşçi qrupu yaradılması fikirinizi bəyəndim" dediyi öyrənilib.
 
İŞLƏRİN SÜRƏTLƏNMƏSİ GÖZLƏNİLİR
 
Trampdan gələn bu müsbət siqnaldan sonra iki ölkə arasında ortaq işçi qrupu üçün təmasların sürətlənməsi gözlənilir. Əldə edilən məlumata görə, texniki səviyyədə ediləcək təmasların müsbət nəticələnməsindən sonra heyətlər yaradılacaq və işlər sürət qazanacaq.
 
ABŞ-ın "S-400 VƏ F-35 BİR YERDƏ ÇALIŞA BİLMƏZ" İDDİASI
 
Qeyd edək ki, ABŞ Türkiyənin S-400 havadan müdafiə sistemi ilə F-35 döyüş təyyarələrinə eyni anda sahib olmasına qarşı çıxırdı. Səbəb olaraq da S-400 radarlarının F-35-lərə bağlı gizli məlumatlara çata biləcəyi, bu sayədə F-35-lərin radarda görünməməsini təmin edən sistemin Rusiya tərəfindən asanlıqla çözə biləcəyini iddia edirdi.
Müxalifət.az