​Trampdan Türkiyə ilə bağlı gözlənilməz bəyanat

Baxış sayı:
3307

ABŞ prezidenti Donald Tramp 20 ildi Türkiyədə yaşayan və ötən gün həbsdən azad edilən amerikalı rahib Endryu Bransonla bağlı Ankarada böyük gərginliyə səbəb ola biləcək növbəti açıqlama verib.
Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, o, rahibi azadlıqda görmələrindən bir daha qurur duyduğunu deyib və bildirib ki, bu gün onunla Ovaldakı ofisində görüşəcək.
Rahibin azad olunmasından sonra Türkiyəyə qarşı tətbiq olunan sanksiyaların götürülüb-götürülməyəcəyi ilə bağlı suala isə ABŞ prezidenti belə cavab verib: “Bizim Bransonun azad olunması qarşılığında Türkiyə ilə belə bir anlaşmamız yoxdur”.
Xatırladaq ki, Branson artıq Türkiyəni tərk edib.