Trampdan “Türkiyə” addımı! Məktub göndərdi

Baxış sayı:
5842

ABŞ prezidenti Donald Tramp Türkiyənin inkişaf etmiş iqtisadiyyatını əsas göstərərək bəzi məhsulların ABŞ-a gömrüksüz girişinə imkan yaradan və inkişaf etməkdə olan ölkələrə təqdim edilən "Ümumiləşdirilmiş  Seçimlər Sistemi (GTS) Proqramı”ndan Türkiyəni çıxarmaq istədiyini açıqlayıb.
 
Prezident Trampın Konqresə göndərdiyi məktub Ağ Ev tərəfindən yayımlanıb.
Trampın məktubunda bu sözlər qeyd edilib:
"Türkiyənin iqtisadi vəziyyəti nəzərə alınaraq artıq GTS-dən faydalanan inkişaf etməkdə olan ölkələr siyahısında olmaması lazım olduğunu düşündüyüm üçün bu addımı atıram. Kasıblığın azalması, adam başına düşən illik milli məhsul və ticarət etdiyi ölkələrlə idxalatın artması və Türkiyədəki sektorlar inkişaf etmiş ticarətinin göstəricisidir . Buna əlavə olaraq Türkiyə, inkişaf etmiş iqtisadiyyatı sayəsində və etdiyi qarşılıqlı anlaşmalarla digər inkişaf etmiş ölkələrin səviyyəsinə gələrək digər ölkələrin GTS proqramlarından da keçmişdir".
Məktubda, həmçinin ABŞ-ın Türkiyə ilə ədalətli ticarət əlaqələrini davam etdirəcəyinə vurğu edilib.
ABŞ rəsmi qaynaqlarında yer alan məlumata görə, 1974-cü ildə qüvvəyə minən GTS proqramı, aralarında Türkiyənin də olduğu 131 inkişaf etməkdə olan ölkəyə ümumi 3474 məhsulda ABŞ bazarına gömrük rüsumu ödənmədən daxil olmaq imkanı təmin etməkdə idi.
Müxalifət.az