Trampdan Suriya açıqlaması: ÖTƏN AXŞAM...

Baxış sayı:
2383

Suriyaya edilən hava hərəkatı ilə bağlı danışan ABŞ prezidenti Donald Tramp, "Ötən axşam mükəmməl bir əməliyyat həyata keçirildi. Vəzifə tamamlandı, daha yaxşı bir nəticə alına bilməzdi" deyib.
 
ABŞ prezidenti Donald Tramp, Suriyada İngiltərə və Fransanın da dəstəyi ilə həyata keçirilən əməliyyatdan sonra Twitter-də etdiyi paylaşmada, "Dünən axşam mükəmməl bir missiya həyata keçirilib. Fransa və İngiltərəyə dəyanəti və hərbi gücü üçün təşəkkür edirəm. Daha yaxşı bir nəticə alına bilməzdi. Vəzifə tamamlandı" açıqlamasını verib.

Müxalifət.az