Trampdan Səudiyyə Şahzadəsi haqda açıqlama

Baxış sayı:
9670

ABŞ prezidenti Tramp, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Muhəmməd bin Salmanla telefon danışığı aparıb.
 
ABŞ prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Muhəmməd bin Selmanla 2 oktyabrdan etibarən ondan xəbər alınmayan Səudiyyə jurnalisti Camal Qaşıqçı ilə bağlı söhbət etdiyini bəyan edib. Tramp, Twitter üzərindən etdiyi açıqlamada bin Salmanın, Camal Qaşıqçı hadisəsi ilə əlaqədar məlumat sahibi olduğu iddiasını rədd etdiyini ifadə edib və Səudiyyə Şahzadəsinin hadisə ilə əlaqədar başladılan istintaqın sürətlə genişlənəcəyini, tam bir araşdırma edəcəyini söylədiyini qeyd edib.
Müxalifət.az