Trampdan ŞOK ETİRAF: “ABŞ müharibəni uduzdu”

Baxış sayı:
4507

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Çin məhsullarına 25 faiz vergi tətbiq etmə qərarı ilə yaranan Vaşinqton – Pekin gərginliyi haqqında danışıb.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, o, bununla bağlı Tvitter hesabında fikirlərini bölüşüb:
“Çin ilə ticarət müharibəsində deyilik. Müharibədə illər əvvəl ABŞ-ı təslim edən axmaq və ya bacarıqsız insanlar məğlub oldu. İndi illik 300 milyard dollar ticarət həcminə malikik. Bunun davam etməsinə icazə verə bilmərik”.
Qeyd edək ki, ABŞ-ın bu addımına cavab olaraq, Çin Amerikadan idxal olunan 106 məhsula gömrük vergisi tətbiq edib.