Trampdan şahzadə bin Salmana dəstək açıqlaması

Baxış sayı:
3340

Səudiyyə jurnalisti Camal Qaşıqçı-nın öldürülməsindən sonra yaşanan böhrana baxmayaraq ABŞ prezidentindən Səudiyyə şahzadəsinə dəstək ifadə edilib.
 
Tramp Qaşıqçı-nın öldürülməsində vəliəhd şahzadənin rol alıb almadığı sualına cavab verməkdən çəkinib, ancaq Məhəmməd bin Salmanı (Mbs) dəstəklədiyini ortaya qoyan bu ana qədərki ən qəti ifadələrini istifadə edib.
 
ÇOX YAXŞI MÜTTƏFİQ OLDULAR
 
 "Məhəmməd bin Salman Səudiyyə Ərəbistanının lideridir. Çox yaxşı bir müttəfiq oldular "deyən Tramp, Səudiyyə Ərəbistanını dəstəkləməsinin bin Salmanı dəstəkləməsi anlamına gəldiyi sualına," Hazırda qəti olaraq o mənaya gəlir" cavabını verib.
Tramp vəliəhd şahzadənin Qaşıqçı-nın öldürülməsində rolu olduğu iddiasını "qətiyyətlə rədd etdiyini" xatırladıb.
 
Trampdan şahzadə bin Salmana dəstək açıqlaması
 
Tramp Səudiyyə Ərəbistanı ilə yaxın əlaqələrini davam etdirmək istəsə də, Demokratlar və Trampın partiyasından olan bir çox Konqres üzvü Qaşıqçı-nın ölümündən vəliəhd şahzadəni məsul tutur. Siyasətçilər Konqresdə ABŞ-ın Səudiyyə Ərəbistanının Yəməndə apardığı müharibəyə verdiyi dəstəyi sona çatdırması, Səudiyyə Ərəbistanına yeni sanksiyalar gətirilməsi və silah satışının dayandırılması üçün qanun hazırlığı görürlər.
Qeyd edək ki, ABŞ-ın xarici kəşfiyyat qurumu MKİ ötən ay Qaşıqçı-nın öldürülməsi göstərişini Məhəmməd bin Salmanın verdiyini bildirmişdi.
Müxalifət.az