Trampdan Rusiyaya qarşı daha bir SANKSİYA

ABŞ prezidenti Donald Tramp dünyada insan alverinə qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə birtərəfli iqtisadi sanksiyaların tətbiq edilməsi barədə sərəncam imzalayıb.
 
Muxalifet.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti xəbər yayıb.
Qeyd olunan sanksiyalar Venesuela, Çin, Suriya, Rusiya və digər ölkələrə şamil olunacaq.
Eyni zamanda Tramp ABŞ hökumətinə bəzi hallarda humanitar və digər mülahizələrə görə bu məhdudlaşdırıcı tədbirləri tətbiq etməməyə icazə verib.