Trampdan Ərdoğan və Türkiyə övgüsü

Baxış sayı:
3757

ABŞ prezidenti Donald Tramp, Türkiyəyə qarşı isti mesajlar verir.
 
Türkiyə ilə Amerika arasındakı münasibətlər yeni mərhələyə girir.
Əlaqələrin bərpa olunması ilə birlikdə xarici valyuta məzənnələrində də azalma baş verir, bazarlar rahatıayır.
ABŞ prezidenti Donald Trampın Türkiyəyə yönəlik isti mesajları, əlaqələrin bərpa olunmasından böyük bir məmnuniyyət duyduğunun göstəricisidir.
Twitter hesabında prezident Rəcəb Tayyib Ərdoğana keşiş Brunsonun sərbəst buraxılması ilə bağlı təşəkkür edən Donald Tramp, bu açıqlamalarını mitinq meydançalarında da təkrarlamağa başlayıb.
 
“MÜDHİŞ  ƏLAQƏLƏR"
 
Trampın son dayanacağı Kentuckiydi.
ABŞ prezidenti buradakı mitinqdə, "Türkiyə prezidenti Ərdoğana təşəkkür etmək istəyirəm. Müdhişdi. Türk xalqına da təşəkkür edirəm. Türkiyə ilə həqiqətən müdhiş bir əlaqə quracağıq. Buna görə də minnətdarıq" açıqlamasını edib.
Trampın bu açıqlamaları böyük alqışla qarşılanıb.
Müxalifət.az