Trampdan Qazaxıstana məktub: Ümid edirəm ki...

Baxış sayı:
916

ABŞ Prezidenti Donald Tramp Qazaxıstan prezidentinin səlahiyyətlərinin müvəqqəti icraçısı Qasım Jomart Tokayevi vəzifəyə gəlməsi münasibəti ilə təbrik edib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan Prezident Administrasiyası yayıb. Məlumata görə, Tramp göndərdiyi teleqrafda ölkənin ilk prezidenti Nazarbayevlə əməkdaşlığı yüksək qiymətləndirərək Tokayevlə də səmərəli münasibətləri inkişaf etdirəcəyinə ümid etdiyini bildirib.
Novruz bayramı münasibəti ilə Qazaxıstan xalqını təbrik edən Tramp ABŞ xalqının və iş dünyasının Qazaxıstanla iqtisadi işbirliyini genişləndirmək üçün yeni sahələr axtarışında olduğunu bildirib.