Trampdan qalmaqal açıqlama

Baxış sayı:
4813

ABŞ prezidenti Donald Tramp Qəzzandan İsrailə atılan raket hücumları səbəbiylə İsrailə tam dəstək verdiyini ifadə edib.
 
Twitter hesabından açıqlama verən Tramp, "Növbəti dəfə İsrail “Həmas” və “İslami Cihad” terror təşkilatlarının ölümcül, intensiv raket hücumları ilə üz-üzə qalıb. İsraili vətəndaşlarını müdafiə mövzusunda 100 faiz dəstəkləyirik" deyə qeyd edib.
Qəzza xalqına da xitab edən Tramp, "Qəzza xalqına: İsrailə qarşı bu terrorçu hərəkətlər sizə səfalətdən başqa bir şey gətirməyəcək. Zorakılığı sonlandırın və sülh üçün çalışın. Bu ola bilər" deyib.
Müxalifət.az