​Trampdan nazirinə sərt sözlər: Bu, çox əzabvericidir

Baxış sayı:
3313

 Bir çox məsələdə Ədliyyə naziri Ceff Sessionsdan məmnun deyiləm. Mənim bir ədliyyə nazirim yoxdur. Bu, çox əzabvericidir.
Muxalifet.az xəbər verir ki, bunu "Hill" qəzetinə müsahibəsində ABŞ Prezidenti Donald Tramp bildirib.
Tramp Sessionsun atdığı addımlardan razı olmadığını deyib:
"Sessions əvvəl yanıma gəlmişdi. Məni dəstəkləyən ilk senator idi. Ədliyyə naziri olmaq istədi, amma mən bunu onda görmədim".