Trampdan maraqlı açıqlama: “11 sentyabrı kimin etdiyini bilirəm”

Baxış sayı:
4894

ABŞ prezidenti Donald Tramp 2001-in sentyabrında ABŞ-da təşkil edilən terror hücumlarının arxasında kimlərin olduğunu bildiyini söyləyib.
 
Qeyd edək ki, 11 sentyabr 2001 tarixində əksəriyyəti Səudiyyə vətəndaşı olan Əl Qaidə döyüşçüləri tərəfindən New York-dakı Əkiz Qüllələrə və Virginia əyalətindəki ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) kamikadze hücumları təşkil edilmiş, təxminən 3 min adam həyatını itirmişdi.
 
"11 SENTYABRIN ARXASINDA İRAQ YOX İDİ"
 
“ABC News” kanalına açıqlama verən Tramp ABŞ-ın Orta Şərqə hərbi müdaxiləsini "ölkə tarixinin ən pis qərarı" deyərək tənqid edib.
Bölgəni "bataqlıq" şəklində xarakterizə edən Tramp, "Orta Şərqə getmək qorxunc bir qərar idi. Qorxunc idi" deyə söyləyib.
Hücumlarda kimin əlinin olduğunu bildiyinə eyham edən Tramp, "Hadisənin arxasında İraq deyildi, başqaları idi. Və sanıram onların kim olduğunu bilirəm" deyib.
Müxalifət.az