​Trampdan islamla bağlı zarafat: Bu baş versə, Netanyahu...

Baxış sayı:
3553

ABŞ Prezidenti Donald Tramp iyunda İordaniya kralı II Abdullahla Fələstin-İsrail münaqişəsinin həlli imkanlarını müzakirə edərkən islamla bağlı zarafat edib.
Muxalifet.az xəbər verir ki, kral Trampın kinayəli sözlərini Fransanın Xarici İşlər naziri Jan-İv Lö Drianla görüşü zamanı xatırladıb.
Görüş zamanı kral Trampa bir çox fələstinlinin yəhudilərlə eyni dövlətdə, bərabər hüquqlarla yaşamağı seçə biləcəyini, bunun nəticəsində İsrailin yəhudi kimliyinin, yəni ayrı-seçkiliyin aradan qalxacağını deyib. ABŞ lideri isə ona belə cavab verib:
“Sizin dediyinizdə həqiqət var. İsrail baş nazirini bir neçə ildən sonra “Məhəmməd” çağıracaqlar”.